ANAMA vətəndaşlara müraciət etdi

   ANAMA vətəndaşlara müraciət etdi
  30 Noyabr 2020    Oxunub:2433
“Vətəndaşları işğaldan azad edilən ərazilərə daxil olmamağa çağırırq. Çünki orada minaya düşmək riski çox yüksəkdir".
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

ANAMA rəhbəri vətəndaşları naməlum əşyalara toxunmamağa çağırıb: "Naməlum əşya ilə rastlaşarkən dərhal 102 xidmətinə, FHN-nin 112 “Qaynar xətti”nə, həmin rayon və şəhər üzrə polis bölmələrinə məlumat vermək lazımdır".

Q.Əhmədov qeyd edib ki, yaxın gələcəkdə insanların öz doğma torpaqlarına qayıtmasına şərait yaradılacaq.

Azvision.az


Teqlər: ANAMA   Vətəndaş   Müraciət  





Xəbər lenti