Ermənistanın muzdlu döyüşçüləri barədə hesabat hazırlandı
Hesabatın digər bölmələrində konkret olaraq muzdlular və xarici döyüşçülərin Ermənistan tərəfdən istifadəsinə dair faktlar yer alır. Bildirilir ki, erməni və qeyri-erməni millətindən olan xarici döyüşçü və muzdluların Azərbaycan əleyhinə döyüşməsi faktına 1988-1994-cu illərdə I Qarabağ müharibəsi, xüsusilə Xocalı faciəsinin törədilməsi zamanı da rast gəlinib. Bu baxımdan ABŞ-ın Kaliforniya ştatında doğulmuş beynəlxalq terrorçu Monte Melkonyanın adı çəkilir.
Qeyd edilir ki, Ermənistan rəhbərliyi xüsusilə PKK terror təşkilatın üzv olan suriyalı və iraqlılardan muzdlu döyüşçü kimi istifadə edib. Bu baxımdan mediada və hesabatlarda yer almış faktlar, müsahibələr qeyd olunur. Həmçinin Ermənistan rəhbərliyinin erməni və qeyri-erməni əsilli xarici vətəndaşların Azərbaycana qarşı döyüşməsi üçün dəfələrlə səsləndirdiyi çağırışına diqqət çəkilir və bildirilir ki, 44 günlük müharibə dövründə bəzi xarici vətəndaşlar xristian həmrəyliyinin tərkib hissəsi olaraq Azərbaycana qarşı döyüşmək üçün Ermənistana gediblər. Bu baxımdan Yunanıstan, Suriya, Livan, Latın Amerikasından olan xarici döyüşçülərə dair faktlar göstərilir. Bununla yanaşı xaricdə yaşayan erməni diaspor nümayəndələrinin döyüşlərdə iştirakına dair faktlar göstərilir.
Hesabatla BURADAN tanış ola bilərsiniz.
Azvision.az
Teqlər: Ermənistan