ANAMA: Azad olunan ərazilərin 80-85 faizi təhlükəlidir

      ANAMA:   Azad olunan ərazilərin 80-85 faizi təhlükəlidir
  30 Noyabr 2020    Oxunub:2382
İkinci Qarabağ müharibəsi zamanı düşmən ərazilərimizi tərk edərkən həmin bölgələri kortəbii şəkildə minalayıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov deyib.

Onun sözlərinə görə, düşmən tərəfindən ərazilərimizə 1400-dən çox qadağan olunmuş mərmi və silahlar atılıb.

"Hazırda cəbhəboyu ərazilərdə yüzdən çox şəxsi heyət minatəmizləmə fəaliyyətini davam etdirməkdədir. Düşmən işğalından azad olunan ərazilərin 80-85 faizi təhlükəlidir. Əkin yerləri, dağlıq ərazilər, otlaq sahələri minalardan təmizlənəcək. İnsanların öz ata-baba yurdlarına qayıtmasının tez müddətdə həyata keçirilməsi nəzərdə tutulur".

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti