“Qarabağdakı xristian mədəni irs obyektləri qorunacaq” - Anar Kərimov

“Qarabağdakı xristian mədəni irs obyektləri qorunacaq”  -    Anar Kərimov
  02 Dekabr 2020    Oxunub:2126
Azərbaycan mədəniyyət nazirinin birinci müavini, mədəniyyət naziri vəzifəsini icra edən Anar Kərimov "France 24" xəbər agentliyinə müsahibə verib.
Azvision.az -ın məlumatına görə, A.Kərimov Azərbaycanın çoxmədəniyyətli dövlət kimi nüfuzuna şübhə edilməməli olduğunu və Dağlıq Qarabağdakı xristian mədəni irs obyektlərinin şübhəsiz qorunub saxlanacağını qeyd edib.

Onun sözlərinə görə, torpaqlarını erməni işğalından azad etmək məqsədi ilə bir aydan çox davam edən döyüşlərdən sonra Azərbaycan Ermənistanı təslim sənədi imzalamağa məcbur edib. Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti ortaq bəyanat veriblər. Dağlıq Qarabağ münaqişəsi zonasında tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması barədə razılaşma 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00: 00-da qüvvəyə minib.

Ermənistanın silahlı qüvvələri sentyabrın 27-də iriçaplı silahlardan, minaatanlardan və toplardan istifadə edərək Azərbaycan ordusunun cəbhə xəttindəki mövqelərinə qarşı genişmiqyaslı hərbi hücuma başlayıb. Azərbaycan bütün cəbhə boyunca əks hücumla cavab verib. Hələ 2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəsi pozub. Azərbaycanın cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri geri otuzdurulub.

Azvision.az


Teqlər: Anar-Kərimov  





Xəbər lenti