(09:55)
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov vəzifədən azad olunub.
Azvision.az “Report”a istinadən xəbər verir ki, R.Zeynalov təqaüdə göndərilib.
Qeyd edək ki, 69 yaşlı R.Zeynalov 1994-cü ilin avqust ayından Respublika DYP rəisi idi.
Azvision.az
Teqlər: RamizZeynalov