TƏBİB: Koronavirusun effektiv müalicəsi yoxdur

  02 Dekabr 2020    Oxunub : 1923
      TƏBİB:    Koronavirusun effektiv müalicəsi yoxdur
Koronavirusa yoluxanların 80 faizi xəstəliyi yüngül simptomlarla keçirir.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Nəzrin Mustafayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bəzi insanlar özlərini evdə müalicə edirlər: "Bu çox təhlükəli haldır. Test nəticəsi pozitv olanlar yaşadıqları evi tərk edirlər. Onlar özlərini evdə izolyasiya etməlidirlər. Təəssüf ki, bir ilə yaxın dır ki, xəstəliyin effektiv müalicəsi yoxdur", -deyə TƏBİB rəsmisi qeyd edib.

Azvision.az

Teqlər: TƏBİB   Virus