Professor: “Hazırda 11 vaksin üzrə işlər gedir”

      Professor:    “Hazırda 11 vaksin üzrə işlər gedir”
  02 Dekabr 2020    Oxunub:2091
2019-cu ilin sonundan Çində ortaya çıxan yeni növ koronavirus bütün dünyada yayılaraq pandemiyaya çevirildi. Xəstəliyə qarşının alınması artıq 1-2 ölkənin deyil, bütün ölkələrin birgə mübarizə çərçivəsində baş verə bilər.
Azvision.az xəbər verir ki, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib. Onun sözlərinə görə, virus yenidir və xəstəliyin müalicəsi üçün lazım olan dərman preparatları azdır:

"Hələki COVID-ə qarşı spesifik dərman preparatı yoxdur. Ən qısa zamanda dünyanın müxtəlif laboratoriyalarında vaksin hazırlıqlarına başlanıldı. Hazırda 11 vaksin üzrə işlər gedir, lakin dövriyyəyə buraxılan vaksin yoxdur. Vaksin çıxsa belə, onların effektivliyi şübhə altındadır. Koronavirusa yoluxmuş şəxslərdə antitellər 4-5 ay olur və şəxs yenidən yoluxa bilər".

A.Allahverdiyev qeyd edib ki, koronavirusa yoluxmaqdan qorunmaq üçün qaydalara riayət etməliyik.

Aytən Zəhra

Azvision.az


Teqlər: Koronavirus   Vaksin  





Xəbər lenti