Nazir özbəkistanlı həmkarı ilə telefonla danışdı

Nazir özbəkistanlı həmkarı ilə telefonla danışdı
  02 Dekabr 2020    Oxunub:1851
Dekabrın 2-də xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan xarici işlər naziri Əbdüləziz Kamilov ilə telefon söhbəti baş tutub.
XİN Mətbuat xidməti idarəsindən Azvision.az -a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulan məsələlərin icrasının vacibliyi, eləcə də bölgədə sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunması baxımından bu razılaşmanın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Azvision.az


Teqlər: XİN   Nazir  





Xəbər lenti