“İctimai nəqliyyatdan istifadə etməyək, yaxın məsafəni piyada gedək” - Akif Qurbanov

   “İctimai nəqliyyatdan istifadə etməyək, yaxın məsafəni piyada gedək” -    Akif Qurbanov
  02 Dekabr 2020    Oxunub:3138
Yoluxma sayının artması bütün dünyanı narahat edir. Dünya üzrə yoluxma sayı 65 milyona çatır və ölüm sayı 1,5 milyon nəfər təşkil edir. Xəstəliyə qarşı müxtəlif tədbirlər görülsə də, pandemiyanın sürəti azalmır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov Nazirlər Kabineti yanında operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, qaydalara düzgün əməl etmək vacibdir.

"Maska tənəffüs yollarını bağlamalıdır. Əllər tez-tez yuyulmalı və spirtlə dezinfeksiya olunmalıdır. Ev şəraitində müalicə olunan çoxsaylı insanlar var. Həmin xəstələr infeksiya mənbəyidir. Əgər xəstə özünü təcrid etməsə, ailə daxili yoluxma artır. Bu tez-tez müşahidə edilir və ailədaxili yoluxmalar çoxdur. Ona görə həmin xəstə özünü təcrid etməli, eyni zamanda evdə olan digər şəxslər də özünü qorumalıdır. İnsanlarımız təəssüf ki, xəstəlik haqqında kifayət qədər məlumatlı deyil. Bir şəxs soyuqlama olanda dərhal xəstəxanaya müraciət edir, ağciyərləri rentgen və ya KT müayinəsindən keçirir. Heç bir xəstəlik olmayanda rahat gəzməyə başlayır. Ağciyərlərin zədələnməsi yalnız ağırlaşma hallarında olur. Xəstəliyin başlanğıcı, ortası və ya sonunda aşkarlanmır. Bəzən həkimlər də xəstələri belə yönəldir. Bu düzgün deyil. Xəstəliyin diaqnozu üçün PZR test etdirməlidir".

A.Qurbanov bildirib ki, ictimai nəqliyyatda sıxlıq müşahidə edilir: "Lazım olmayan təqdirdə ictimai nəqliyyatdan istifadə etməyək, yaxın məsafələri piyada gedək ki, bu bizə idman da ola bilər. Lazım olmadıqca, evdən çıxmayaq".

Aytən Zəhra

Azvision.az


Teqlər: AkifQurbanov   test  





Xəbər lenti