FHN-də ABŞ-dan gələn nümayəndə heyətilə görüş keçirilib
Son vaxtlar dünyada geniş yayılmış yeni növ koronavirus infeksiyasının (COVİD-19) qarşısının alınması istiqamətində ölkə başçısı Prezident İlham Əliyevin rəhbərliyi altında görülən mühüm işlərdən danışan nazir müavini Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının fəaliyyətindən ətraflı söz açıb. Faiq Tağı-zadə Azərbaycan Prezidentinin tapşırığına əsasən, yaradılan bu hospitalın ən müasir standartlara cavab verdiyini, koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün bütün şəraitin yaradıldığını, müasir avadanlıqlarla təchiz edildiyini bildirib.
Səmimi görüşə görə təşəkkürünü bildirən “Samaritan`s Purse”nin Proqramlar və Hökumətlə Əlaqələr üzrə vitse-prezidenti Ken İsaaks Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib. Səfərin əsas məqsədinin münaqişədən zərər çəkmiş vətəndaşlara yardım etmək və COVİD-19-la mübarizə sahəsində ölkəmizə dəstək göstərməkdən ibarət olduğunu vurğulayan qonaq bu istiqamətdə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Azvision.az
Teqlər: FHN Görüş ABŞ Nümayəndə