Ceyhun Bayramov yeni səfirlə görüşdü

Ceyhun Bayramov yeni səfirlə görüşdü
  02 Dekabr 2020    Oxunub:1818
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Amanullah Ceyhunun etimadnaməsinin surətini qəbul edib.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycana səfir təyin olunması münasibətilə A.Ceyhunu təbrik edən C.Bayramov Azərbaycan və Əfqanıstan arasında mövcud olan sıx dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla qeyd edib.

Uzun illər ərzində Azərbaycanın və ümumilikdə bölgənin təhlükəsziliyinə ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Əfqanıstanın Azərbaycanın haqq mövqeyinə dəstək verdiyi, xüsusilə də son hərbi əməliyyatlar zamanı bu dəstəyin açıq şəkildə nümayiş etdirildiyi minnətdarlıqla vurğulanıb. Nazir ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib.



A.Ceyhun Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunmuş Qələbə münasibətilə xarici işlər nazirini və Azərbaycan xalqını təbrik edib. Əfqanıstanın hər zaman Azərbaycanın haqlı mövqeyinin yanında olduğu və bu dəstəyi bariz şəkildə nümayiş etdirdiyi vurğulanıb. Səfir Əfqanıstanın Azərbaycanla münasibətlərə dəyər verdiyini söyləyib və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Tərəflər beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

C.Bayramov Əfqanıstan səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti