Xankəndi Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına aiddir - RƏSMİ

 Xankəndi Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına aiddir -    RƏSMİ
  03 Dekabr 2020    Oxunub:2533
Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl, Füzuli və Kəlbəcər rayonları daxildir.
Azvision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin "Facebook" səhifəsindəki canlı yayımda nazirliyin təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov deyib.

Rəis müavini bildirib ki, Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsinin kadrlarla kompkletləşdirilməsi işlərinə başlanılıb.

"İşğaldan azad edilən rayonların komendantları ilə əlaqə saxlanılıb və sıx əməkdaşlıq edilir. Hazırda nəinki həmin rayonlardan olan ədliyyə əməkdaşları, Bakıdan və digər bölgələrdən olan əməkdaşlar da orada fəaliyyətini davam etdirmək arzusu ilə çoxsaylı müraciətlər edir. Çalışacağıq ki, qısa müddət ərzində idarənin kadr komplektləşdiriməsini başa çatdıraq”, - deyə S.Kazımov qeyd edib.

Azvision.az


Teqlər: Xankəndi   Qarabağ  





Xəbər lenti