Şimali Kiprin yeni prezidenti Bakıya gəlir

 Şimali Kiprin yeni prezidenti Bakıya gəlir
  03 Dekabr 2020    Oxunub:2635
Şimali Kipr Türk Cümhuriyyətinin yeni seçilmiş prezidenti Ersin Tatarın gələn həftə Azərbaycana səfəri gözlənilir.
Azvision.az xəbər verir ki, Ersin Tatar dekabrın 10-da Bakıda keçiriləcək qələbə paradında iştirak edəcək.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da paradda iştirakı gözlənilir.

Qələbə paradında Vətən Müharibəsində düşməndən qənimət kimi ələ keçirilmiş hərbi texnikalar nümayiş etdiriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ErsinTatar  





Xəbər lenti