“10 noyabr razılaşması yeni əməkdaşlıq imkanları yaradır” - Ceyhun Bayramov

“10 noyabr razılaşması yeni əməkdaşlıq imkanları yaradır” -  Ceyhun Bayramov
  03 Dekabr 2020    Oxunub:2016
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş razılaşmalar 30 ilə yaxın davam edən münaqişəyə son qoyulması üçün əsas oldu.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, ATƏT ərazisindəki münaqişələr qlobal təhlükəsizliyə zərər vurmaqda davam edir.

C.Bayramov əlavə edib ki, 10 noyabr bəyanatında bütün məcburi köçkünlərin evlərinə qayıtması ilə bağlı vacib müddəa var.

XİN rəhbəri, həmçinin Rusiya və Türkiyəyə razılaşmanın həyata keçirilməsində verdikləri töhfələrə görə təşəkkür edib. Onun fikrincə, bunlar Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitliyə xidmət edəcək.

Bundan əlavə, nazir əldə olunmuş razılaşmaların bölgə daxilində yeni əməkdaşlıq imkanları yaratdığını da vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Ceyhun-Bayramov  





Xəbər lenti