Bu il sosial təminat üzrə 5 milyard manatdan çox ödəmə edilib

   Bu il sosial təminat üzrə 5 milyard manatdan çox ödəmə edilib
  03 Dekabr 2020    Oxunub:1696
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-noyabr aylarında ümumilikdə 2 milyon 631 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, həmin sosial təminat növləri üzrə əhaliyə bu ilin 11 ayında ötən ilin eyni dövrünə nisbətən 21,5% və ya 931,7 milyon manat çox olmaqla 5 milyard 264 milyon manat vəsait ödənilib.

Azvision.az


Teqlər: ƏƏSMN   Sosial  





Xəbər lenti