“Dünya ictimaiyyəti ciddi səhiyyə böhranı ilə üzləşib” - İlham Əliyev

   “Dünya ictimaiyyəti ciddi səhiyyə böhranı ilə üzləşib” -    İlham Əliyev
  03 Dekabr 2020    Oxunub:1661
2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib. Hazırda dünyada 60 milyondan artıq yoluxma halı qeydə alınıb və 1 milyondan çox insan həyatını itirib. Səhiyyə, ictimai, iqtisadi və maliyyə sahələrində çoxşaxəli fəsadlara yol açan bu böhran cəmiyyətlərə, iqtisadiyyata, qlobal ticarət və səyahətə böyük zərər yetirmiş və insanların yaşayışına sarsıdıcı təsir göstərib.
Azvision.az xəbər verir ki, Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bu barədə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında danışıb.

Dövlətimizin başçısı xatırladıb ki, pandemiyanın misli görünməmiş universal fəsadlarının aradan qaldırılması üçün qlobal səylərə töhfə vermək və Qoşulmama Hərəkatına üzv dövlətlərə operativ, adekvat və əhatəli yardımın göstərilməsi məqsədilə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı Təmas Qrupunun onlayn Zirvə görüşünü təşkil edib. Həmin toplantının praktiki nəticəsi olaraq, koronavirusla pandemiyası ilə bağlı Qoşulmama Hərəkatının üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupu təsis olunub.

Prezident qeyd edib ki, pandemiya ilə bağlı tədbirlərin görülməsi zamanı Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün Hərəkatın məlumat bazasını istinad mənbələrindən biri kimi istifadə edir.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   BMT  





Xəbər lenti