Bu gün şəhidlərimizin xatirəsi anılacaq

  Bu gün şəhidlərimizin xatirəsi anılacaq
  04 Dekabr 2020    Oxunub:2194
Bu gün Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi anılacaq.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad ediləcək.

Qeyd edək ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Azvision.az



Teqlər: Şəhid  





Xəbər lenti