Şəhidlərimizin xatirəsinə vəhdət namazı qılındı

 Şəhidlərimizin xatirəsinə vəhdət namazı qılındı
  04 Dekabr 2020    Oxunub:2136
Bakıdakı Heydər məscidində canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib, vəhdət namazı qılınıb.
Azvision.az xəbər verir ki, anım mərasimi Vətən müharibəsində şəhid olanların ruhuna dualar oxunması ilə başlayıb.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirakı ilə vəhdət namazı qılınıb.

Qeyd edək ki, bu gün saat 12:30-dan başlayaraq Azərbaycan məscidlərində vəhdət namazı qılınır, şəhidlərimizin ruhuna dualar oxunur.

Azvision.az



Teqlər: Vəhdət   Namaz  





Xəbər lenti