Naxçıvanda şəhidlərin xatirəsi anılıb - FOTOLAR

Naxçıvanda şəhidlərin xatirəsi anılıb -    FOTOLAR
  04 Dekabr 2020    Oxunub:1441
Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan şəhərində və rayon mərkəzlərində də Vətən müharibəsində şəhid olan igid oğullarımızın ruhuna hörmət əlaməti olaraq onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azvision.az xəbər verir ki, piyadaların, avtomobillərin və qatarların hərəkəti dayandırılıb.



Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bu gün saat 12:00-da bir dəqiqəlik sükutla yad edilməsi haqqında Sərəncam imzalayıb. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu şəhid olub.









Azvision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti