`Hər kağızı bir yarpağa dəyişək` – AKSİYAYA QOŞUL

`Hər kağızı bir yarpağa dəyişək` – AKSİYAYA QOŞUL
  10 Fevral 2014    Oxunub:1810
Bu həftənin cümə axşamı günü (13 fevral) saat 15:00-dən etibarən Bakı şəhərində yerləşən bütün “ASAN xidmət” mərkəzlərinin hər birində "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində kütləvi aksiya keçirləcək.

Aksiya çərçivəsində dövlət orqanlarının, qeyri-hökümət və özəl müəssisələrin iştirakı ilə kütləvi şəkildə kağız materiallarının mərkəzlərdə toplanılması həyata keçiriləcək.

Siz də qeyd olunan tarixdə Sizə yaxın “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə kağız materiallarınızı təhvil verib, "Hər kağızı bir yarpağa dəyişək" layihəsinə qoşula bilərsiniz.

`Kağızları təhvil verdikdə qeydiyyata düşməyi unutmayın. Tullantı kağızları əvəz edəcəyimiz ağacları birgə əkəcəyik! Hər binizi aksiyada görmək ümüdü ilə, dostlarınızı və çevrənizi də bizə qoşun!`,- deyə layihə təşkilatçılarının yaydığı bəyanatda deyilir.

Layihəyə facebook-dan da QOŞULMAQ OLAR.

Ünvanlar:
1 saylı Bakı “ASAN xidmət” mərkəzi
Bakı şəh, Həsən Əliyev küç.36

2 saylı “ASAN xidmət” mərkəzi
Bakı şəh, Nobel prospekti 23, AMAY ticarət mərkəzinin 2-ci mərtəbəsi

3 saylı Bakı “ASAN xidmət” mərkəzi
Bakı şəh, A.M.Şərifzadə 39

Əlaqə: 108 “Çağrı” mərkəzi


Teqlər:  





Xəbər lenti