“İlham Əliyev atasının vəsiyyətini yerinə yetirdi” - QMİ sədri

“İlham Əliyev atasının vəsiyyətini yerinə yetirdi” -  QMİ sədri
  04 Dekabr 2020    Oxunub:1855
Allah bizə bu zəfəri nəsib etdi. Prezident İlham Əliyev tarixə fateh kimi düşdü. Gələcək tariximizdə İlham Əliyev haqqında, Vətən müharibəsi haqqında yazacaqlar.
Azvision.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Heydər məscidində Vətən müharibəsi şəhidlərinin anım mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada özünü qalib xalq hiss edir.

“Bir çox xalq arzu edir ki, İlham Əliyev kimi rəhbəri olsun. Bu qalibiyyəti mənə Ali Baş Komandan, müzəffər Ordumuz, şəhidlərimiz bəxş edib. Buna görə Ali Baş Komandana, Ordumuza təşəkkür edirəm, şəhidlərimizə Allahdan rəhmət diləyir, ehtiramımı bildirirəm”.

Şeyxülislam daha sonra Prezidentin Ağdama səfərindən söz açıb: “Prezident İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ağdam məscidinə getmişdi. Onlar Kəbədə hədiyyə edilən həmin Quranla Ağdam məscidinə getdilər. Ayaqyalın məsciddə dua oxudular, Mehriban Əliyeva mehrabı öpdü və Quranı məscidə bağışladılar. Mənə dünyanın müxtəlif yerlərindən zəng vurub, bu ehtiramı yüksək qiymətləndirdiklərini bildirirdilər.

Prezident İlham Əliyev atası Heydər Əliyevin böyük vəsiyyətini yerinə yetirdi, torpaqlarımız işğaldan azad olundu. Biz dövlət başçımızın rəhbərliyi altında birləşəndə hər zaman böyük qələbələrimiz olacaq. Bu gün xalqımız dövlət başçısının ətrafında sıx birləşib”.

Azvision.az



Teqlər: Vətən-müharibəsi   Şəhid   QMİ  





Xəbər lenti