XİN rəhbəri latviyalı həmkarı ilə telefonla danışdı

XİN rəhbəri latviyalı həmkarı ilə telefonla danışdı
  04 Dekabr 2020    Oxunub:2243
Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviç ilə telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazirlər bölgədə mövcud olan son vəziyyət, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərdən bəhs edib və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Eyni zamanda telefon danışığı zamanı Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramında iştirakla bağlı məsələlər nəzərdən keçirilib.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Azvision.az


Teqlər: XİN   Nazir  





Xəbər lenti