Mustafa Şentop: “Fransa parlamenti ciddiliyini itirib”

 Mustafa Şentop:  “Fransa parlamenti ciddiliyini itirib”
  04 Dekabr 2020    Oxunub:3010
"Dövlət olaraq tanınmaq bu qədər asandırsa, dövlət olmaqdan çıxmaq da o qədər asan olmalıdır".

Azvision.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Fransa Milli Assambleyasının Qarabağa dair qətnaməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Fransa parlamenti öz ciddiliyini itirib. Şentop əlavə edib ki, Ermənistan daxil olmaqla dünyada heç bir dövlət tərəfindən tanınmayan və tanınması iddiası Ermənistan tərəfindən səsləndirilməyən Qarabağı bir dövlət olaraq tanıma qərarı verən parlament, yalnız fransız nağıllarında öz yerini tapa bilər.

“Beynəlxalq hüquqa görə, Fransa hökumətinin də Azərbaycana aid olduğunu qəbul etdiyi torpaqları müstəqil dövlət olaraq tanımaq qərarı verən deputatlar yalnız komediyaçı rolunu oynaya bilərlər. Fransa hökumətini ciddi olmağa çağırır, fransız xalqının sağlam düşüncəli olduğuna və bu absurd qərarı dəstəkləməyəcəyinə inanırıq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Mustafa-Şentop  





Xəbər lenti