“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verildi

“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verildi
  04 Dekabr 2020    Oxunub:1906
4 dekabr 2020-ci il tarixində “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” beynəlxalq tədbirinin açılış mərasimi keçirilib.
Azvision.az -ın məlumatına görə, mərasim COVID 19 pandemiyası şəraitinə uyğun onlayn formada təşkil olunub.

4-6 dekabr tarixini əhatə edəcək “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin və "NewSpace" şirkətinin təşkilatçılığı ilə keçirilir. Tədbir, eyni zamanda “İDRAK Texnoloji Transfer” MMC-nin, “PAŞA Bank”ın və "Pavotek" şirkətinin sponsorluğu ilə reallaşdırılır.

Onlayn formada təşkil olunacaq Hakatonda mülki şəxslərin müdafiəsi, informasiya təhlükəsizliyi və rəqəmsal təbliğat mövzuları diqqət mərkəzində olacaq. Həmçinin müdafiə texnologiyaları ilə bağlı innovativ arxitektura və proqramların tətbiqi, bu istiqamətdə əməkdaşlıqların artırılması məsələləri müzakirə olunacaq.

Tədbirin əsas məqsədlərindən biri də Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır.

Azvision.az


Teqlər: “QlobalMüdafiəTexnologiyalarıHakatonu”  





Xəbər lenti