Bakı və İrəvan əsirlərin siyahısını BQXK-ya təqdim edib

 Bakı və İrəvan əsirlərin siyahısını BQXK-ya təqdim edib
  04 Dekabr 2020    Oxunub:2338
Ermənistan və Azərbaycan arasında əsir və itkin düşmüş hərbçilərin siyahılarının mübadiləsi aparılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın ofisindən bildirilib.

Qeyd olunub ki, münaqişə tərəfləri öz vətəndaşlarının siyahılarını Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) onların qarşılıqlı şəkildə geri qaytarılması məqsədi ilə təqdim ediblər.

Hazırda siyahıların yekunlaşdırılması prosesi gedir.

Azvision.az


Teqlər: BQXK  





Xəbər lenti