Erməni keşişlər Xudavəngdə alban-udilərin ibadətinə mane olmaq istədilər

Erməni keşişlər Xudavəngdə alban-udilərin ibadətinə mane olmaq istədilər
  05 Dekabr 2020    Oxunub:2360
Bu gün Alban-udi xristian icmasının nümayəndələri Kəlbəcərə gediblər.
Azvision.az xəbər verir ki, onlar səfər çərçivəsində Xudavəng monastr kompleksini ziyarət ediblər.

Ziyarət zamanı monastrda erməni keşişlərin olduğu məlum olub. Onların burada ibadətlərini yerinə yetirmək üçün müraciət etdikləri və buna icazə verildiyi müəyyənləşib. Amma Alban-udi xristian icmasının nümayəndələri ibadət etmək istəyərkən erməni keşişlərlə aralarında mübahisə yaranıb.

Belə ki, erməni keşişlər onların ibadətinə yalnız çəkiliş olmadan icazə veriləcəyini bildiriblər. Daha sonra mübahisə öz həllini tapıb və alban-udilər ibadətlərini ediblər.

Azvision.az


Teqlər: Kəlbəcər   Xudavəng  





Xəbər lenti