Əsir soydaşlarımızla bağlı videoreportaj
Qeyd edirik ki, bu layihəni həyata keçirməkdə məqsədimiz 4 minə yaxın əsir və itgin düşmüş, girov götürülmüş şəxslərin ailə üzvlərinin müraciətlərini beynəlxalq təşkilatlara video reportajlar formasında təqdim etməkdir.
Aydın məsələdir ki, Ermənistan 30 ilə yaxındır ki, əsir, girov və itgin düşmüş şəxslərlə bağlı beynəlxalq konvensiyaların tələblərini pozaraq əsirlikdə olan soydaşlarımızın ailə üzvlərinin müraciətlərinə etinasız yanaşıb.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq hesab edirik ki, 26 ildən sonra döyüş meydanında düşmən üzərində zəfər qazanaraq torpaqlarını azad edən qalib Azərbaycan qarşısında məğlub Ermənistan bütün suallara aydınlıq gətirməyə məcburdur. Xalqımıza qarşı misilsiz cinayətlər həyata keçirən Ermənistanın hakim dairələrinin sabiq və indiki nümayəndələri müttəhimlər kürsüsündə həm də əsir və gorov götürülmüş, itgin düşmüş soydaşlarımıza qarşı törətdikləri qeyri-insani davranışlarına görə cavab verəcəklər.
Azvision.az