İtaliya deputatları Gəncədə erməni terroru ilə tanış oldular

  05 Dekabr 2020    Oxunub : 3045
İtaliya deputatları Gəncədə erməni terroru ilə tanış oldular
İtaliya Deputatlar Paltasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti və İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari Gəncəyə səfər ediblər.
Azvision.az -ın məlumatına görə, xarici qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olublar. Qonaqları Gəncədən olan millət vəkilləri müşayiət ediblər.



Xarici qonaqlara məlumat verilib ki, cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncə ümumilikdə 5 dəfə Ermənistan tərəfindən atəşə tutulub. Gecə saatlarında yatmış şəhərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb. Həmçinin bildirilib ki, 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib. Raket hücumları nəticəsində Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüblər.



İtaliya Deputatlar Paltasının sədr müavini Ettore Rosato müharibənin ağırılı nəticələri olduğunu dilə gətirib: “Burada günahsız insanlar həlak olublar. Uşaqlar həyatını itiriblər.
Azərbaycanla-İtaliya arasında dostluq əlaqələri mövcuddur və buna əsaslanaraq deyə bilərəm ki, biz də iqtisadi cəhətdən Azərbaycana öz dəstəyimizi göstərəcəyik”.

İtaliya Senatının üzvü, İtaliya-Azərbaycan Dostluq Assosiasiyası rəhbərinin müavini Maria Rizotti isə qeyd edib ki, səfərin məqsədi Azərbaycanla həmrəy olduqlarını göstərməkdir: “Həqiqətəndə bu dağıntıları öz gözlərimizlə görmək çox ürək ağırıdıcıdır. Burada baş verənlərin həqiqi şahidi olaraq bu fikirləri İtaliyadada çatdrımağa çalışcağıq”.



İtaliya Parlamenti Deputatlar Paltasının nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.

Azvision.az

Teqlər: Gəncə   İtaliya   Deputat