Ermənistan "Dəmir yumruğ"un zərbəsindən sonra girovları qaytardı - Deputat

Ermənistan "Dəmir yumruğ"un zərbəsindən sonra girovları qaytardı -    Deputat
  14 Dekabr 2020    Oxunub:2252
"Ermənistan yalnız müharibədə məğlub olduqdan və "Dəmir Yumruğun" ağır zərbəsini hiss etdikdən sonra 6 il girovluqda saxladığı Dilqəm Əsgərovu və Şahbaz Quliyevi Azərbaycana qaytarmağa məcbur oldu".
Azvision.az xəbər verir ki, bunu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev kəlbəcərli girovların azad edilməsindən danışarkən deyib.

"Bu, Ali Baş Komandanın növbəti diplomatik və siyasi uğurudur. Xalqımızı, hər iki soydaşımızı və onların ailə üzvlərini təbrik edirəm".

Qeyd edək ki, 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov bu gün günorta saatlarında təyyarə ilə Bakıya gətirilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.

Azvision.az



Teqlər: AzayQuliyev  





Xəbər lenti