“Bakı şəhər bələdiyyəsi yaradılmalıdır” –TƏKLİF

“Bakı şəhər bələdiyyəsi yaradılmalıdır” –TƏKLİF
  14 Fevral 2014    Oxunub:1050
Milli Məclisin bu gün keçirilən iclasında deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Bakı şəhər bələdiyyəsinin yaradılmasını təklif edib.
AzVision.az-ın məlumatına görə, deputat Q.Həsənquliyev bildirib ki, bu, həm də beynəlxalq təşkilatların tələbidir.

Deputat qeyd edib ki, Bakı şəhər bələdiyyəsinin yaradılması vacibdir. Çünki, icra hakimiyyətinə ayrılan külli miqdarda vəsaitlər çox vaxt səmərəli istifadə olunmur.Əgər bu paralellik aradan qaldırılsa, həmin vəsaitlərin daha səmərəli istifadə olunmasına gətirib çıxaracaq.




Teqlər:  





Xəbər lenti