“Fənərbağça” Məsut Özili transfer etdi

“Fənərbağça” Məsut Özili transfer etdi
  17 Yanvar 2021    Oxunub:3711
İstanbulun “Fənərbağça” klubu Almaniya vətəndaşı olan türk futbolçu Məsud Özili transfer edib.
Azvision.az xəbər verir ki, futbolçu ilə 3,5 illik razılaşma əldə edilib.

Xatırladaq ki, Məsud Özilin “Arsenal” klubu ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.

Peşəkar futbolda karyerasına 2006-cı ildə başlayan M.Özil bir il “Şalke-04” komandasında forma geyindikdən sonra 2008-2010-cu illərdə “Verder Bremen”, 2010-2013-cü illərdə “Real Madrid” klublarında çıxış edib.

Futbolçu 2013-cü ildən “Arsenal”ın heyətində yer alıb. O, Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionatının qalibi olub.

Azvision.az


Teqlər: MəsulÖzil  





Xəbər lenti