Rusiyaya qayıdan Navalnı saxlanıldı - VİDEO

 Rusiyaya qayıdan Navalnı saxlanıldı -  VİDEO
  18 Yanvar 2021    Oxunub:3750
Rusiyanın müxalifət lideri Aleksey Navalnı Almaniyadan ölkəsinə qayıdıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Navalnı “Şeremetyevo” hava limanında saxlanılıb.

Ötən ilin dekabrında axtarışa verilən müxalifət liderinin Rusiya Federal Penitensiar Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı məlum olub.



Xatırladaq ki, ötən ilin avqustun 20-də təyyarədə vəziyyəti pisləşən Navalnı Omskda xəstəxanaya yerləşdirilib. Daha sonra müalicə üçün Almaniyaya aparılıb. Almaniya hökuməti hərbi həkimlərə istinad edərək, onun "Noviçok" qrupuna daxil olan maddə ilə zəhərləndiyi iddiasını irəli sürüb.

Azvision.az


Teqlər: Navalnı  





Xəbər lenti