Ohanyan Paşinyanı istefaya çağırdı: “Hakimiyyət getməlidir”

  19 Yanvar 2021    Oxunub : 3954
 Ohanyan Paşinyanı istefaya çağırdı:  “Hakimiyyət getməlidir”
Ermənistanın hakimiyyət dəyişikliyinə ehtiyacı var, hazırkı rəhbərlik zəifdir, asanlıqla Azərbaycanın təsiri altına düşür.

Azvision.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan bildirib. Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Moskvadakı görüşü erməni tərəfi üçün ən vacib problemi – “əsirlərin” geri qaytarılması məsələsini həll etmədi.
"Bu hakimiyyət getməlidir və mən bunu ümumiyyətlə yaxşı bir həyata görə demirəm. Zəifdirlər. Bu şərtlərdə, rəqiblərlə daha cəsarətli danışa bilən və danışıqlarda özünə arxayın olmağı bacaran güclü hökumətə ehtiyacımız var", - deyə Ohanyan əlavə edib.

Onun fikrincə, bir çox Ermənistan vətəndaşı kommunikasiyaların blokdan çıxarılması ilə bağlı həddindən artıq həvəsə düşür: "Bu yolların açılması Azərbaycanla sülh müqaviləsi olsaydı, daha effektli olardı. Çünki Türkiyə-Azərbaycan tandeminin qələbəsini nəzərə alsaq, yolların açılması bu tandemin iqtisadi və demoqrafik genişlənməsinə səbəb olacaq".

Ohanyanın açıqlamasından onun Qarsda planlaşdırılan Türkiyə-Azərbaycan hərbi təlimlərindən təşvişə düşdüyü məlum olub. Belə ki, sabiq nazir birgə təlimləri Ermənistana psixoloji təzyiq kimi qiymətləndirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: SeyranOhanyan