"Qəsdən adam öldürmə cinayətləri 30% azalıb" - Hərbi prokuror

 "Qəsdən adam öldürmə cinayətləri 30% azalıb" -    Hərbi prokuror
  21 Yanvar 2021    Oxunub:1996
2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 30% azalıb.

Azvision.az -ın məlumatına görə, bu barədə Respublika Hərbi prokuroru Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında deyib.
O bildirib ki, ötən illə müqayisədə hakimiyyətdən sui-istifadə etmə cinayətləri 71,7 %, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 53,8%, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 69,5 %, xuliqanlıq cinayətləri 83,3 %, mülkiyyət əleyhinə olan cinayətlər isə 57,5 % azalıb.


Azvision.az



Teqlər: Ordu   Hərbi-Prokurorluq  





Xəbər lenti