Fiziki tərbiyə dərslərinin əyani tədrisi dayandırılacaq

   Fiziki tərbiyə dərslərinin əyani tədrisi dayandırılacaq
  22 Yanvar 2021    Oxunub:3555
Fiziki tərbiyə dərslərində təmasların çoxluğu nəzərə alınaraq, müvəqqəti olaraq bu dərslərin əyani tədrisdə dayandırılması tövsiyə edilib.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən brifinqdə deyib.

O qeyd edib ki, fevralın 1-dən dərslər hibrid formaya keçəcək.

“Sıxlığı çox olan məktəblərdə dərslər həftədə 3 dəfə, sıxlığı tənzimlənən məktəblərdə isə 5 dəfə olacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb   Fiziki-tərbiyə  





Xəbər lenti