Qəbul imtahanında çətin mövzular ixtisara salınıb

  22 Yanvar 2021    Oxunub : 1654
 Qəbul imtahanında çətin mövzular ixtisara salınıb
"Qəbul imtahanında bəzi mövzuların ixtisarı olacaq".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

Onun sözlərinə görə, nazirlik tərəfindən imtahanlarda iştirak edəcək şəxslər üçün xüsusilə çətin mövzular ixtisara salınıb.

"Bu siyahı artıq Dövlət İmtahan Mərkəzinə göndərilib. DİM bunu nəzərə alaraq həmin mövzular üzrə suallar salmayacaq".

V. Yaqublu qeyd edib ki, abituriyentlərin imtahanlarda neçə bal toplaması məsələsini zaman göstərəcək.

Aytən Zəhra
Azvision.az

Teqlər: İmtahan