“Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib

“Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib
  23 Yanvar 2021    Oxunub:1133
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı yanvarın 22-nə olan cədvələ uyğun yayımlanıb.
Agentlikdən Azvision.az -a bildirilib ki, proqramda dərzi, avtomobil diaqnostikası və təmiri, tədbirlərin təşkilatçısı, videoçəkiliş üzrə operator, kompüter operatoru, dizayner, estetika və mədəni özünüifadə, xarici dildə ünsiyyət ixtisasları üzrə dərslər təqdim olunub.

“Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, “Facebook” (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Azvision.az



Teqlər: Təhsil   Dərs  





Xəbər lenti