“Məmurlar dürüst, xalqına və dövlətinə sadiq olmalıdır” – Prezidentin köməkçisi

   “Məmurlar dürüst, xalqına və dövlətinə sadiq olmalıdır” –    Prezidentin köməkçisi
  23 Yanvar 2021    Oxunub:5622
“Kommunikasiya strategiyası dövlət orqanları qarşısında ən vacib fəaliyyət istiqamətlərindən biridir”.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O, həmçinin bildirib ki, vətəndaşlarla canlı ünsiyyət, vətəndaş məmnunluğunun təmin edilməsi, ictimaiyyətə məlumatların düzgün və operativ ötürülməsi dövlət qurumlarının qarşısında duran əsas vəzifələrdəndir.

Prezidentin köməkçisi vurğulayıb ki, məmurlar, səlahiyyət həvalə olunmuş şəxslər dürüst, xalqına, dövlətinə sadiq, təvazökar və peşəkar xüsusiyyətlərə malik olmalıdır. Onlar əmək fəaliyyətində zəhmətkeşlik, səmərəli çalışmaq və qarşıya qoyulan hədəflərin düzgün seçilməsi keyfiyyətlərini özündə daşımalıdır.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən növbəti vebinar keçirilib. 300-dən çox iştirakçının qatıldığı vebinarda Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Müasir dövlət qulluqçusu, menecment və ictimaiyyətlə əlaqələr” mövzusunda təqdimatla çıxış edib.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev   Məmur  





Xəbər lenti