“Qarabağda azı 6 min erməni hərbçisi ölüb” - Ayk Xaçikyan
Azvision.az xəbər verir ki, bunu hərbi analitik Ayk Xaçikyan deyib. O hesab edir ki, Ermənistanın baş nazir müavininin müharibə zamanı verilən itkilərin təxminən dörd min nəfər olmasına dair bəyanatı həqiqəti əks etdirmir.
"Azərbaycan tərəfi əsas itkiləri müharibənin əvvəlində müdafiə xəttini yarmağa çalışarkən verib. Bundan sonra pilotsuz zərbə təyyarələrini daha çox ərazidə, o cümlədən artilleriyanın məhv edilməsi üçün tətbiq etmək imkanı əldə etdi və bu da rəqibin itkilərinin sayına ciddi təsir göstərdi", - deyə erməni hərbi analitik əlavə edib.
Xatırladaq ki, Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Dağlıq Qarabağda 3439 erməni hərbçisinin meyitinin tapıldığını bildirib.
Azvision.az
Teqlər: Ermənistan Qarabağ