Samux sakinindən 9 kq-dan artıq narkotik götürüldü

Samux sakinindən 9 kq-dan artıq narkotik götürüldü
  28 Yanvar 2021    Oxunub:2596
Samux sakini narkotiklə tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş A.Məmmədov Samux rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 6 qramdan artıq, yaşadığı Qarabalar kəndindəki evin zirzəmisindən isə 9 kiloqram 200 qram marixuana aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: Samux   Sakin   Narkotik  





Xəbər lenti