Ermənistanda əsgərlər arasında kütləvi dava olub

Ermənistanda əsgərlər arasında kütləvi dava olub
  28 Yanvar 2021    Oxunub:3704
Ermənistan ordusunun hərbi hissələrinin təminatında yaranan problemlər ümumilikdə bölmələrin fəaliyyətini iflic edir və kriminal fəsadlar yaradır.

Azvision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb.
Belə ki, əşya, əmlak, ərzaq, yanacaq sürtgü materiallarının, eləcə də tibbi ləvazimatların qıtlığı il üzləşən şəxsi heyət arasında oğurluq, intizamsızlıq və kütləvi davalar baş verir.

Bu günlərdə Ermənistanın Koxb yaşayış məntəqəsində yerləşən 543-cü əlahiddə motoatıcı alayda insident yaşanıb. Hərbi hissədə gənc əsgərlər və daha çox xidmət edən əsgərlər arasında kütləvi dava baş verib. Hadisəyə səbəb gənc əsgərlərə verilən təzə əşyaların əllərindən alınaraq əvəzinə köhnələrin, hətta istifadəyə yarasız olanların verilməsidir.

Faktla bağlı Ermənistan ordusunun 3-cü ordu korpusunun qərargahından bir neçə yüksək rütbəli zabit təcili olaraq Koxb məntəqəsinə gələrək hadisə ilə bağlı araşdırma aparıb.

Hadisə hüquq-mühafizə orqanlarından gizlədilsə də, faktla bağlı zabitlər də daxil olmaqla bir neçə nəfərin cəzalandırıldığı bildirilir. Bir neçə əsgərin isə xidmət yerinin dəyişdirliməsi barədə göstəriş verilib.

Azvision.az


Teqlər: Ermənistan   Ordu   Təminat  





Xəbər lenti