Daha 5 əsir Ermənistana qaytarıldı

 Daha 5 əsir Ermənistana qaytarıldı
  28 Yanvar 2021    Oxunub:4142
Azərbaycan tərəfi daha beş erməni hərbi əsiri Ermənistana qaytarıb.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan “Facebook” səhifəsində məlumat paylaşıb. Onun sözlərinə görə, əsirlərin qaytarılması Rusiyanın təşəbbüsü ilə baş tutub.
Bundan əlavə, Avinyan “bu gün 62 “əsir” yaxınları ilə də telefonla danışıb", - deyə əlavə edib.

Məlumata görə, qaytarılan əsirləri Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov müşayiət edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əsir   Rusiya   Qarabağ   Azərbaycan  





Xəbər lenti