Abdullah Gül qalmaqallı qanunu təsdiqlədi

Abdullah Gül qalmaqallı qanunu təsdiqlədi
  19 Fevral 2014    Oxunub:1987
Türkiyə Prezidenti Abdullah Gül ölkədə internet saytlarına nəzarəti gücləndirməyi nəzərdə tutan qanunu təsdiq edib. AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə dövlət başçısı şəxsi "Twitter" səhifəsində yazıb.

Türkiyə parlamentinin təsdiq etməsindən sonra qanunun qüvvəyə minməsi üçün sənədi Prezident imzalamalı idi.

Müxalifətin etirazına səbəb olan qanun hökumətə məhkəmə qərarı olmadan internet səhifələrini bağlamaq səlahiyyəti verir.
Qeyd edək ki, Türkiyədə hökumətin internetə nəzarətini artıracaq bu qanunla bağlı etiraz aksiyası da keçirilib.


Teqlər:  





Xəbər lenti