Diplomatlar Cəbrayıl və Zəngilanda erməni vəhşiliyinin şahidi oldular - FOTOLAR (YENİLƏNİB)

 Diplomatlar Cəbrayıl və Zəngilanda erməni vəhşiliyinin şahidi oldular -  FOTOLAR (YENİLƏNİB)
  06 Fevral 2021    Oxunub:7768
Bu gün Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər.
Azvision.az xəbər verir ki, səfirlər əvvəlcə Cocuq Mərcanlıda olublar. Prezidentin köməkçisi Hikmət Hacıyev Cocuq Mərcanlı kəndi barədə qonaqlara məlumat verib.

Daha sonra xarici səfirlər Cəbrayıl şəhərinə yola düşüblər. Diplomatik korpus nümayəndələri Cəbrayılda dağıdılmış qəbiristanlıqla və erməni vəhşiliyinə məruz qalmış digər ərazilərlə tanış olublar.

Ardınca Xudafərin körpüsünə səfər edilib. Daha sonra səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri Zəngilan rayonuna gediblər. Zəngilanda erməni barbarlığına şahidlik edən diplomatlar dağıdılmış şəhər məscidinə baş çəkiblər.

Qeyd edək ki, səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim yurd yerlərində törətdiyi vəhşiliklər və cinayət izləri ilə tanış olmaqdır.

Diplomatik korpusun nümayəndələrini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və digər rəsmi şəxslər müşayiət ediblər.















***
(11:10)

Fevralın 6-da Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər Ermənistan işğalından azad olunmuş Cəbrayıl rayonuna səfər ediblər.

Azvision.az xəbər verir ki, səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim yurd yerlərində törətdiyi vəhşiliklər və cinayət izləri ilə tanış olmaqdır.

Diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət ediblər.

Diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər Cəbrayılda erməni vəhşiliyi ilə tanışlıqdan sonra Zəngilana gedəcəklər.



***
"Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq səfirlər, hərbi atteşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfərə yola düşmüşük”

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.



Qeyd edək ki, bundan əvvəl də xarici diplomatlar işğaldan azad edilmiş digər regionlarda səfərdə olublar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Cəbrayıl   Zəngilan   Hikmət-Hacıyev  





Xəbər lenti