“Cəbrayılda gördüklərimiz əsl vəhşilikdir” - Türkiyə səfiri

  “Cəbrayılda gördüklərimiz əsl vəhşilikdir” -    Türkiyə səfiri
  06 Fevral 2021    Oxunub:3826
Azərbaycanın işğaldan azad etdiyi digər rayonlarında olduğu kimi, Cəbrayılda da eyni mənzərənin şahidi olduq. Bu ərazilərdəki dağıntılardan ibrət götürmək lazımdır.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Ermənistan tərəfindən yerlə-yeksan edilmiş Cəbrayıl şəhərində jurnalistlərə açıqlamasında deyib.

“Şəhəri yerləbir etdiklərini, bütün abidələri, o cümlədən mədəniyyət abidələrini dağıtdıqlarını gördük. Hətta məzarları soyduqlarının, insan sümüklərinin ətrafa səpələndiyinin şahidi olduq. Bunlar insanlıqdan kənardır, əsl vəhşilikdir. Bütün bunların hesabı mütləq verilməlidir”, - deyə Erkan Özoral qeyd edib.

Azvision.az


Teqlər: Türkiyə   Cəbrayıl  





Xəbər lenti