Yanvarda uşaqlara ən çox bu adlar qoyulub - STATİSTİKA

Yanvarda uşaqlara ən çox bu adlar qoyulub -  STATİSTİKA
  06 Fevral 2021    Oxunub:6232
2021-ci ilin ilk ayı ərzində Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.

Ədliyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bu il doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Bu ad 66 uşağa verilib.
Oğlan adlarında sonrakı yerləri Əli (62), Hüseyn və Yusif (61), Murad (53), Ömər (42), Məhəmməd (41), Tuncay (31), Onur (28 ) və Ayxan (28) tutur.

Son bir ayda yeni doğulan qız uşaqlarına ən çox Zəhra adı verilib (77).

Qızlara ən çox qoyulan digər adlar Aylin (61), Zeynəb (58), Nilay (55), Fatimə (51), Məryəm (51), Nuray (51), Mələk (50), İnci (34) və Mədinədir (33).

Azvision.az


Teqlər: Uşaq   Ad   Qız   Oğlan  





Xəbər lenti