Koçaryan: “Mən böyük siyasətə qayıtmışam”

  Koçaryan:  “Mən böyük siyasətə qayıtmışam”
  06 Fevral 2021    Oxunub:2315
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan böyük siyasətə qayıtdığını bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə Koçaryan “Sputnik Ermənistan”a müsahibəsində deyib.

O bildirib ki, indi "aydın və güclü şəxsiyyətlərə" böyük tələbat var. Buna görə də yeni parlament seçkiləri ikiqütblü olacaq - mövcud hökumət və onun antipodları arasında.

"İnsanlar populizmin meyvələrini daddılar, rəngli inqilabların nəticələrini və təcrübəsi olmayanların işlərini gördülər. Tamamilə fərqli tiplərə, komandalara - peşəkar menecerlər komandalarına, iradəsi olan insanlara, rəqiblərinin gözünə baxaraq, həqiqəti söyləyə bilənlərə ehtiyac var. Və Ermənistanda belə bir komanda var”, - deyə sabiq prezident vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RobertKoçaryan  





Xəbər lenti