“Dağıdılmış məzarları görəndə göz yaşlarımı saxlaya bilmədim” - Səfir

   “Dağıdılmış məzarları görəndə göz yaşlarımı saxlaya bilmədim” -    Səfir
  06 Fevral 2021    Oxunub:2695
Cəbrayılda gördüyümüz mənzərə dəhşətli idi.
Azvision.az xəbər verir ki, bu sözləri Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun deyib.

"Məzarları qazıb, cəsədləri çıxarıblar. Bu, çox üzücü və insanlıqdan kənar əməldir. Mən dağıdılmış məzarları görəndə göz yaşlarımı saxlaya bilmədim", - deyə diplomat bildirib.

Qeyd edək ki, bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri işğaldan azad olunmuş Cəbrayıl və Zəngilana səfər ediblər.

Azvision.az



Teqlər: Cəbrayıl   Səfir  





Xəbər lenti