Prezidentin köməkçisi Cəbrayıldan paylaşım etdi - VİDEO

  Prezidentin köməkçisi Cəbrayıldan paylaşım etdi -    VİDEO
  07 Fevral 2021    Oxunub:3534
Prezidentin köməkçisi Hikmət Hacıyev Tvitter hesabında Cəbrayıla səfərlə bağlı paylaşım edib.
Azvision.az -ın məlumatına görə, H.Hacıyev Cəbrayıldan paylaşdığı videoya aşağıdakı şərhi yazıb:

“Azərbaycanın tamamilə məhv edilmiş Cəbrayıl şəhərinin panoramik mənzərəsi. 30 illik işğal müddətində qəbirlər talan olunub, hətta sümüklər məzarlardan çıxarılıb. Ermənistan belə barbarlıqdan sonra hansı cəsarətlə sivilizasiya və ya mədəni dəyərlərdən danışır?”.



Qeyd edək ki, fevralın 6-da Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər.

Diplomatik korpusun nümayəndələrini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və digər rəsmi şəxslər müşayiət ediblər.

Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti