Koçaryan etiraf etdi: Qarabağdakı məğlubiyyət onu şoka salıb

Koçaryan etiraf etdi:  Qarabağdakı məğlubiyyət onu şoka salıb
  07 Fevral 2021    Oxunub:11330
“44 gün ərzində insanları aldatdılar ki, biz qalib gəlirik və 44-cü gün təslim aktı imzalandı. Bu, həqiqətən şok idi” .

Azvision.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti ölkənin bütün potensialını səfərbər etmək və müharibədə qələbəyə yönəltmək əvəzinə KİV vasitəsilə xalqa yalan danışdı.
“Açıq danışsaq, cəmiyyətimizin bu cür manipulyasiyaya qarşı nə qədər zəif olduğunu görmək məni təəccübləndirdi. Mənim üçün sürpriz oldu. Ancaq hərbi vəziyyət hakimiyyətə doğru məlumatları bloklamaq üçün şərait yaratdı. Bundan əlavə, insanlar pozitiv məlumatlara, qələbə çalmağımıza inanmaq istədilər. Onlar elə buna görə də hakimiyyətin yalan həblərini udmağa meyilli oldular. Bax, problem budur” .

Koçaryan bildirib ki, son günə qədər erməni xalqı məğlub olduğunu bilməyib: “Verdiyimiz qurbanlar, ölü və yaralı sayı haqqında heç nə deyilmirdi. Bu cür informasiyaların açıqlanması fikrimcə, çaxnaşma yaratmazdı. Cəmiyyəti səfərbər edərdi. Baş verənlərin tamamilə əksi olardı”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   Koçaryan   Qarabağ  





Xəbər lenti